çərşənbə 2 iyul 2025 - 15:28
İsrail mediaları İranın hücumlarından sonra yeni itkilərini etiraf etdi

Hövzə Xəbər Agentliyinin məlumatına görə İsrailin ivrit dilində olan “Maariv” qəzeti yazır: İsrailin İrana qarşı təcavüzünə cavab olaraq İranın həyata keçirdiyi hücumları nəticəsində 3000 nəfərdən çox israilli xəsarət alıb və minlərlə insan isə İsraildən qaçıb.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumatına görə İsrailin “Maariv” qəzeti yazır: İsrailin Səhiyyə Nazirliyi bildirib ki, İranın İsrailin təcavüzünə cavab olaraq həyata keçirdiyi hücumlar nəticəsində 3345 nəfərdən çox israilli xəstəxanalara yerləşdirilibdir. Bundan əlavə 11000 nəfərdən çox insan isə yaşadıqları əraziləri tərk edib.

İsrailin “Maariv” qəzetinin sorğusuna əsasən müharibənin başa çatması minlərlə israillinin dərhal evlərinə qayıtması anlamına gəlmir və bu hücumların yaratdığı böhran hələ də davam edir.

Həmçinin İsrailin “Yedioth Ahronoth” qəzeti İsrail ordusunun mənbələrinə istinadən yazır ki, İsrail son döyüşlər zamanı yüz milyonlarla dollar dəyərində çoxsaylı hərbi pilotsuz uçuş aparatını itirib. Bu dronlar əsasən İranın hava məkanında həyata keçirilən cavab hücumları zamanı vurulub.

İsrail mediası adətən tələfat və dağıntılarla bağlı tam statistika yaymadığı üçün İsrailin bu iki məşhur ivrit dilində olan qəzetinin bu rəqəmləri açıq şəkildə açıqlaması onu göstərir ki, İranın saxta İsrail rejiminə vurduğu zərbə çox ağır zərbə olmuşdur.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha